“Qarabağ”ın Çempionlar Liqasında rəqibi bu 4 komandadan biri olacaq

“Qarabağ”ın Çempionlar Liqasında rəqibi bu 4 komandadan biri olacaq

Çempionlar Liqasında 2020/21 mövsümünün I təsnifat mərhələsinin püşkü ərəfəsində komandalar qruplara bölünüb.

Sport7.az xəbər verir ki, bu mərhələdə iştirak edəcək 34 komandanı UEFA 5 qrupa ayırıb.

Bunlardan üçündə 6, ikisində 8 iştirakçı yer alıb.

Azərbaycan çempionu "Qarabağ” 4-cü qrupda səpələnmiş 4 komandadan biridir.

Təmsilçimiz bu qrupun səpələnməmişlərdən biri ilə üz-üzə gələcək. Qurban Qurbanovun yetirmələrinin mümkün rəqibləri "Dinamo” (Brest, Belarus), "Riqa” (Latviya), "Tirana" (Albaniya) və "Sileks” (Şimali Makedoniya) komandalarıdır.

Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Bir oyundan ibarət olacaq I təsnifat mərhələsinin görüşləri avqustun 18-19-da keçiriləcək.

Qaydalara əsasən, pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarət olacaq. Cütlər müəyyənləşərkən, adı birinci çıxacaq komanda evdə oynayacaq. Əsas vaxt heç-heçə ilə yekunlaşacağı təqdirdə, əlavə vaxt və yenə zərurət yaranarsa, penalti seriyası təyin olunacaq. Qaliblər Çempionlar Liqasında, məğlublar isə Avropa Liqasında II təsnifat mərhələsinə keçəcəklər.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR