"Qarabağ"ın Çempionlar Liqasındakı ilk rəqibi müəyyənləşdi

Azərbaycan çempionu "Qarabağ”ın avrokubokların 2020/21 mövsümündəki ilk rəqibi müəyyənləşib.

Sport7.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmadan sonra Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Sileks”lə qarşılaşacağı müəyyənləşib.
 
I təsnifat mərhələsinin qarşılaşmaları avqustun 18-19-da baş tutacaq. Bu matçın ev sahibi "Qarabağ" olacaq.

"Qarabağ”ın II təsnifat mərhələsindəki mümkün rəqibi, həmçinin Avropa Liqasında çıxış edən Azərbaycan klubları "Neftçi”, "Keşlə” və "Sumqayıt”ın qarşılaşacağı komandalar avqustun 10-da keçiriləcək püşkatmalarda bəlli olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR