"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibləri bu gün bilinəcək

Avqustun 10-da Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkü atılacaq.

Sport7.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma iki hissədən ibarət olacaq. Çempionlar yolunda mübarizə aparacaq komandalar 10 cüt təşkil edəcək.

Püşkdə I təsnifat mərhələsinin 17 cütü və yarışa bu raunddan qatılacaq 3 klub iştirak edəcək. "Qarabağ" - "Sileks” matçının qalibinin kiminlə qarşılaşacağı da bu gün bilinəcək. Təmsilçimiz 1 klub və 9 cütdən biri ilə görüşə bilər. Lakin püşkdən əvvəl mümkün rəqiblər qruplara bölünüb.

"Qarabağ”ın 4 mümkün variantı qalıb ki, burada 7 rəqib var: "Midtülland” (Danimarka), "Şerif” (Moldova)/"Fola" (Lüksemburq) cütünün qalibi, "Konnah” (Uels)/"Sarayevo” (Bosniya və Herseqovina) cütünün qalibi, "Dinamo” (Tbilisi, Gürcüstan)/"Tirana" (Albaniya) cütünün qalibi.

Qeyri-çempionlar yolunda isə 6 klub yarışa başlayacaq. Türkiyə təmsilçisi "Beşiktaş”ın da rəqibi bilinəcək. İstanbullular püşkdə səpələnmişlərdən olacaq.
 
Çempionlar Liqasında ilk təsnifat mərhələsinin oyunları 18-19 avqust, 2-ci mərhələnin matçları isə 25-26 avqustda gerçəkləşəcək. Pley-offa qədər bütün raundlar bir oyundan ibarət olacaq. 

Çempionlar Liqası
2020/21 mövsümü
2-ci təsnifat mərhələsi

Çempionlar yolu
1-ci qrup
 
Səpələnmişlər
 
"Dinamo” (Zaqreb, Xorvatiya)
"Yanq Boyz” (İsveçrə)
"Seltik” (Şotlandiya)/"Reykyavik” 
(İslandiya) cütünün qalibi
Səpələnməmişlər
"Ferensvaroş” (Macarıstan)/ "Yurqorden" (İsveç) cütünün qalibi
"Floriana” (Malta)/ÇFR (Rumıniya) cütünün qalibi
"Klaksvik” (Farer adaları)/"Slovan” (Slovakiya) cütünün qalibi

2-ci qrup
 
Səpələnmişlər
 
"Legiya” (Polşa)/"Drita” (Kosovo)// "Linfild” (Şimali İrlandiya) cütünün qalibi
"Makkabi” (Təl-Əviv, İsrail)/"Riqa” (Latviya) cütünün qalibi
"Molde” (Norveç)/"KuPS” (Finlandiya) cütünün qalibi
Səpələnməmişlər
"Ararat” (Ermənistan)/"Omoniya” (Kipr) cütünün qalibi
"Flora” (Estoniya)/"Suduva” (Litva) cütünün qalibi
"Çelye" (Sloveniya)/"Dandolk” (İrlandiya) cütünün qalibi

3-cü qrup
 
Səpələnmişlər
 
"Dinamo” (Brest, Belarus)/"Astana” (Qazaxıstan) cütünün qalibi
"Buduçnost” (Monteneqro)/"Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi
"Srvena Zvezda” (Serbiya)/"Europa” (Cəbəllütariq) cütünün qalibi
"Qarabağ” (Azərbaycan)/"Sileks” (Şimali Makedoniya) cütünün qalibi
Səpələnməmişlər
"Midtülland” (Danimarka)
"Şerif” (Moldova)/"Fola" (Lüksemburq) cütünün qalibi
"Konnah” (Uels)/"Sarayevo” (Bosniya və Herseqovina) cütünün qalibi
"Dinamo” (Tbilisi, Gürcüstan)/"Tirana" (Albaniya) cütünün qalibi

Qeyri-çempionlar yolu
 
Səpələnmişlər
 
"Beşiktaş” (Türkiyə)
"Viktoriya” (Çexiya)
"Rapid” (Vyana, Avstriya)
Səpələnməmişlər
PAOK (Yunanıstan)
"Alkmaar” (Niderland)
"Lokomotiv” (Zaqreb, Xorvatiya)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR