“Qarabağ”ın əsas komandasında oynamağa hazıram” – Yaroslav Deda

“Qarabağ”ın əsas komandasında oynamağa hazıram” – Yaroslav Deda
"Qarabağ”ın U-19 komandasının üzvü Yaroslav Deda Qol.az saytına müsahibə verib. Komandasının avrokuboklardakı çıxışını dəyərləndirən ukraynalı hücumçu digər məqamlara da toxunub.
 
Sport7.az həmin müsahibəni təqdim edir:

- İlk dəfə çıxış etdiyiniz UEFA Gənclər Liqasında 1 qələbə qazanıb, 5 oyunda məğlub oldunuz...

- Məncə, pis nəticə deyil. Çıxışımızı qənaətbəxş hesab etmək olar.

- Belə bir turnurdə iştirak etmək gənc futbolçu üçün nə deməkdir?

- Çox gözəl hisslərdir. Amma, əlbəttə, istərdim ki, əsas komandanın tərkibində Çempionlar Liqasında oynayım.

- "Qarabağ”ın Gənclər Liqasındakı hər 3 qolunu sən vurdun. Özü də Avropanın nəhəng komandalarına...

- Bu, mənim üçün böyük təcrübə oldu. Çoxdandır səviyyəli rəqiblərə qarşı oynamaq və qol vurmaq istəyirdim.

- Komandaya yayda qoşulsan da, çox tez uyğunlaşdın...

- Bəli, komandaya tez uyğunlaşdım. Amma bunu təkbaşına edə bilməzdim. Komanda yoldaşlarım adaptasiya məsələsində mənə çox kömək etdilər.

- Gənc yaşında legioner həyatı yaşayırsan. Özünü "Qarabağ”da necə hiss edirsən?

- "Qarabağ”da özümü çox yaxşı hiss edirəm. Düzdür, ailəmdən uzaq qalıram. Amma müvəqqətidir. Düşünürəm ki, tezliklə sevdiyim insan yanımda olacaq və işim daha da asanlaşacaq.

- Sənin milliləşdiriləcəyin və yığma komandamıza cəlb olunacağın haqda xəbərlər dolaşır. Maraqlıdır, bu barədə nə düşünürsən?

- Hələlik bu haqda danışmaq istəmirəm. Çünki heç nə bilmirəm.

- Qurban Qurbanov mətbuat konfransında səni də Antalya toplanışına aparacağını söyləyib. Özünü əsas komandada oynamağa hazır sayırsan?

- Əlbəttə. Məni də toplanışa dəvət etdikləri üçün çox sevinirəm. Əsas komandada oynamağa hazıram.
 
Sport7.az

Xəbər lenti