"Qarabağ"ın futbolçuları hərbçilərlə görüşdü - FOTOLAR

"Qarabağ"ın futbolçuları Qarabağ bölgəsinə səfər edib.

Sport7.az "Report"a istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisinin üzvlərindən Elvin Yuniszadə, İbrahim Şehiç, Maksim Medvedev, Qara Qarayev, Coşqun Diniyev öncə rayonda yerləşən N saylı hərbi hissədə olublar.

Futbolçular burada hərbi hissənin komandiri, general-mayor Hikmət Həsənovla görüşüblər. Onlar hərbi hissədəki şəraitlə də tanış olublar. Komanda üzvləri hərbi hissəyə "Qarabağ" forması, top və şarf hədiyyə ediblər.  
 






 
Sport7.az

Xəbər lenti