"Qarabağ"ın futbolçusu "Avro-2016"da ilk qələbəsini qazandı, İsveçrə 1/8 finalda!

Fransada keçirilən Avropa çempionatı davam edir. Sport7.az xəbər verir ki, bu gecə III tura start verilib.

A qrupunda mübarizə aparan komandalardan artıq iki 18 finalçılar bəllidi. Fransa - İsveçrə görüşü qolsuz başa çatdığından, meydan sahibləri 7 xalla qrup birincisi, qonaqlar isə 5 xalla ikinci kimi 1/8 final yüksəlib. 

Rumıniya isə "Qarabağ"ın futbolçusu Ansi Aqollinin forma geyindiyi Albaniya ilə qarşılaşıb. Sözügedən oyunun taleyini 1 ol həll edib. Matçın 43-cü dəqiqəsində Armandu Sakunun vurduğu qol Albaniyaya final mərhələsində ilk qələbəni qazandırıb. Bununla da Aqollinin komandası qrupda 3-cü pilləyə yüksəlməklə ən yaxşı 4 üçüncüdən biri olmaq şansını saxlayır.

Avropa çempionatı
Qrup mərhələsi
III tur, 19 iyun
 
A qrupu
23.00 İsveçrə - Fransa 0:0
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (Sloveniya), Marko Frits (Almaniya).
Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinçiç (Sloveniya).
Lill. "Pyerr-Morua” stadionu.

23.00 Rumıniya - Albaniya 0:1
Qol: Sadiku (44)
Hakimlər: Pavel Kraloveç, Roman Slişko, Tomaş Mokruş (Çexiya), Tasos Sidiropulos (Yunanıstan).
Əlavə köməkçi hakimlər: Petr Ardeleanu, Mixal Patak (Çexiya).
Lion. Şəhər stadionu.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR