"Qarabağ"ın futbolçusu İsrail klubunun hədəfində

"Qarabağ”ın müdafiəçisi Kevin Medina xarici komandaların maraq dairəsinə düşüb.

Sport7.az xəbər verir ki, İsrailin məşhur klublarından biri olan "Makkabi Hayfa” kolumbiyalı futbolçunu transfer etmək istəyir. Klub rəsmiləri futbolçunu Ağdam təmsilçisinin Avroliqada Təl-Əviv "Makkabi”si ilə oyununda bəyəniblər.

İsrail təmsilçisi Medina üçün mövsümün sonunda "Qarabağ”la danışıqlara başlamaq istəyir.

Medina cari mövsümün əvvəlində "Qarabağ”a keçib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR