"Qarabağ"ın futbolçusu milliyə dəvət olundu

Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyətinə daha bir futbolçu dəvət edilib.
 
Sport7.az xəbər verir ki, "Qarabağ”ın üzvü Qurban Məhərrəmov U-19-un hazırlığına qoşulub.
 
U-19 bu gün yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00-da) "Alanyaspor" klubunun müvafiq yaş qrupuna aid komandası ilə yoxlama oyunu keçirəcək. 
 
Samir Əliyevin çalışdırdığı yığmamız 25 və 27 yanvarda Şimali Makedoniyanın U-19 millisi ilə yoldaşlıq matçında qüvvəsini sınayacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR