"Qarabağ"ın futbolçusu Münxendə əməliyyat olunacaq

Azərbaycan milli komandasının və "Qarabağ" klubunun futbolçusu Namiq Ələsgərov tərcüməçi Aydın Rüstəmovla birgə Almaniyanın Münxen şəhərinə yollanıb.

Sport7.Az-ın "Report" informasiya agentliyinə istinadən yaydığı xəbərə görə, bu barədə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.

Onun sözlərinə görə, N.Ələsgərov aprelin 8-də Münxendəki klinikalardan birində dizindən əməliyyat olunacaq. M.Nərimanoğlu gənc yarımmüdafiəçinin durumuna məhz əməliyyatdan sonra aydınlıq gələcəyini bildirib. Oyunçu Bakıya aprelin 12-də qayıdacaq. 

Qeyd edək ki, Namiq Ələsgərov Azərbaycan yığmasının martın 28-də Malta ilə keçirdiyi AVRO-2016-nın seçmə qrup matçında zədələnib. Tibbi müayinə nəticəsində 20 yaşlı futbolçunun ön çarpaz bağlarının qırıldığı və 6 ayadək yaşıl meydanlardan uzaq qalacağı məlum olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR