"Qarabağ"ın futbolçusuna İtaliya A Seriyasından təklif

"Qarabağ”ın futbolçusu Simeon Slavçev karyerasını Polşada davam etdirə bilər.

Sport7.az "Top Sport”a istinadən xəbər verir ki, bolqar yarımmüdafiəçini "Lex” heyətinə qatmaq istəyir. Məlumatda Poznan klubunun Slavçevə təklif göndərdiyi də vurğulanıb. Futbolçu özü "Qarabağ"da əsas heyətə düşə bilmədiyindən, 2021-ci ilin yayına qədər olan müqaviləsini qış fasiləsində ikitərəfli razılıqla pozacaq.

Agentinin onu İtaliyanın A və B Seriyasında çıxış edən klublara da təklif etdiyi bildirilir. Onunla həmçinin Türkiyə klublarının da maraqlandığı deyilir.

Qeyd edək ki, "Qarabağ” Simeon Slavçevlə 2018-ci ilin iyulunda 3 illik müqavilə imzalayıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR