"Qarabağ"ın futbolçusundan millinin qələbəsinə tövhə

Patrik Andrade qələbə iştirakçısı olub.

Sport7.az xəbər verir ki, "Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde millisinin heyətində Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kameruna 3:1 hesabı ilə qalib gəldikləri oyunda forma geyinib.

28 yaşlı futbolçu start heyətdə yer alıb və 71-ci dəqiqədə - komandası hesabda 3:1 öndə olarkən meydanı tərk edib.

Kabo-Verdenin növbəti matçı martın 30-u Mozambikə qarşı olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR