"Qarabağ"ın futbolçusunun bu qolu ən yaxşılar sırasında (VİDEO)

ABŞ-da keçirilmiş Qızıl Kubokun ən yaxşı qolları açıqlanıb.

Sport7.az xəbər verir ki, "Stars and Stripes" nəşrinin müəyyənləşdirdiyi siyahıya Haiti yığmasında çıxış edən "Qarabağ"ın futbolçusu Donald Gerryenin qolu da düşüb. 29 yaşlı cinah oyunçusu Kanada ilə 1/4 final matçında fərqlənib. Bu, həm də Haiti millisinin qələbə topu olub - 3:2. Nəticədə Gerryenin komandası yarımfinala yüksəlib və Qızıl Kuboku bürünc medalla başa vurub.

"Qarabağ" ötən gün Albaniyada "Partizani" ilə keçirdiyi Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununu qolsuz heç-heçə ilə başa vurub. Donald Gerrye bu matçda meydana çıxmayıb. Azərbaycan təmsilçisi ilə müqaviləsi başa çatan futbolçu hələ də komandanın düşərgəsinə qoşulmayıb.
  
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR