"Qarabağ"ın ifasında gözəl oyun görmədim" - Tahir Gözəl

"Qarabağ"ın prezidenti Tahir Gözəl "Sevilya" ilə oyundan sonra fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, klub rəhbəri bunları söyləyib: "Üzüldüm. Daha təhlükəli rəqib kimi görünəcəyimizə inanırdım. Bu gün çox passiv idik. "Qarabağ"ın ifasında gözəl oyun görmədim. Məni məyus edən bu oldu. Ancaq əlbəttə ki, nəhəng kluba qarşı oynadıq. Oyundan əvvəl demişdim ki, qorxaq oyun yox, hücum futbolu göstərməliyik. Amma arzuma çatmadım. Bu, həqiqətdir. Ancaq istənilən halda "Sevilya" kimi komandaya 0:2 hesabı ilə uduzmaq normaldır. Amma meydanda xəyalımdakı "Qarabağ"ı görmədim. Biz bu qrupdan çıxmalıydıq. Tarixi fürsət var idi. Ən yaxşı şansımız idj. Pis də oynamadıq. APOEL-lə oyunları xatırlayanda insan üzülür. Çünki pis oynamadıq. Qrupdan çıxmağa layiq idik. Sadəcə bəxtimiz gətirmədi. Bu gün ən azından heç-heçə gözləyirdim. Məncə, 0:1-dən sonra 0:4-ün də fərqi yoxdur. Qurban Qurbanov deyiləm, peşəkar məşqçi də deyiləm. Mən sadəcə emosional fanatam".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR