"Qarabağ"ın ÇL-dəki 5 potensial rəqibi

Azərbaycan çempionu "Qarabağ”ın UEFA Çempionlar Liqasının (ÇL) 1-ci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, püşkatmadan 1 gün öncə UEFA iştirakçıları 5-i səpələnmiş, 5-i səpələnməmiş olmaqla 10 komandalı qruplara bölüb. "Qarabağ"ın 5 rəqibinin adına da aydınlıq gəlib.
 
Güclülər sırasında yer alan Ağdam klubunun rəqibi aşağıdakılardan biri olacaq:
 
"Sarayevo" (Bosniya və Herseqovina)
"Valletta" (Malta)
"Sutyeska" (Monteneqro)
"Partizani" (Albaniya)
"Saburtalo" (Gürcüstan)
 
Püşkatma mərasimi sabah İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 16:30-da start götürəcək. Birinci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab görüşləri isə 16-17 iyul tarixlərində keçiriləcək. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR