"Qarabağ"ın meneceri: "Bununla bağlı oyundan sonra açıqlama verəcəyik"

Deyəsən "Qarabağ"da "yarpaq tökümü" başlayıb. 
 
Yunanıstan PAOK-undan icarəyə götürülən və bu müddəti başa vuran futbolçu Pedro Enrike klubuna qayıdıb. Bir başqa bilgiyə görə Dani Kintana ilə İbrahim Şehiç maaşla bağlı "Qarabağ"la razılığa gələ bilmədiyi üçün ayrılmaq niyyətindədilər. Yığmamızın üzvü Riçard Almeydaya isə Çindən və Türkiyədən təkliflər var.
 
Bu üzdən klubun möqeyini öyrənmək üçün baş menecer Asif Əsgərovla danışdıq. Asif bəy Sport7.az-a açıqlamasında qısaca bunları söylədi: "Transfer məsələləri ilə bağlı "Qəbələ" ilə oyundan sonra açıqlama verəcəyik. Deyilənlərin heç birinə münasibət bildirməyimiz mümkün deyil. Çünki hərə bir şey danışır. Amma rəsmi nə olacaqsa biz sizə məlumat verəcəyik. Hazırda klubla müqaviləsi bitmiş futbolçu yoxdu. Hamısının ən azı iyunun 30-na qədər anlaşması var".
 
Sport7.az 

Xəbər lenti