“Qarabağ”ın oyununa bilet axtaranların NƏZƏRİNƏ!

“Qarabağ”ın oyununa bilet axtaranların NƏZƏRİNƏ!
Bu gün səhər "Qarabağ” – "Arsenal” qarşılaşmasına 55 min biletin satıldığı barədə məlumat vermişdik.
 
Sport7.az-ın redaksiyasına bu dəqiqələrdə maraqlı məlumat daxil olub. Oxucularımız bildirirlər ki, günorta saatlarından etibarən kassalarda bilet satışı dayanıb.
 
Kassalara müraciət edənlərə "biletlər bitib, satışda bilet yoxdu” cavabı verilir.

Ehtimal etmək olar ki, biletlərin müəyyən hissəsini "qara bazar”da çalışanlar ələ keçiriblər və sabah BOS-a gedən yollarda həmin biletləri öz qiymətindən bir neçə qat baha satmağa çalışacaqlar.

Sport7.az
 

Xəbər lenti