"Qarabağ"ın oyununu idarə etmiş hakim fırıldaqçılıqda ittiham olunur

Latviyalı sabiq futbol hakimi Pavel Stipidi totalizatorla bağlı fırıldaqlarda şübhəli bilinir.

Sport7.az xəbər verir ki, Baltikyanı ölkə təmsilçisi beynəlxalq oyunlar zamanı sarı vərəqələrin sayına pul qoyuluşlarında ittiham edilir.

Stipidi ilə bağlı araşdırma aparan UEFA Latviya polisi ilə birlikdə onun bu işdə tək olmadığını düşünür. Onun bir müddət öncə Rusiyaya səfəri bu ölkədən olan FİFA hakimi Sergey Lapoçkinin latviyalı ilə işbirliyi ehtimalı yaradıb. Əgər onların günahı təsdiqlənsə, iş İntizam Komitəsinə veriləcək.

Lapoçkinin karyerası ərzində yolları Azərbaycan komandaları ilə də kəsişib. O, ötən il "Qarabağ”ın Avropa Liqasında Şimali İrlandiya təmsilçisi "Linfild”də avrokubok görüşündə dördüncü hakim olub.
 
İki il öncə isə Millətlər Liqasının Farer adaları ilə səfər matında əlavə köməkçi hakim kimi meydana çıxıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR