"Qarabağ"ın potensial rəqibi yarımmüdafiəçi aldı

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərindən Moldova "Şerif"i heyətini yeni futbolçu ilə gücləndirib.

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumnat yer alıb. Bir müddət öncə "Zirə"dən ayrılan Riçard Qadzeni transfer edən Tiraspol təmsilçisi Almaniya "Paderborn"undan bosniya və herseqovinalı yarımmüdafiəçi Rifet Kapiçi icarəyə götürüb.

25 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

2018/2019 mövsümündə də "Şerif"in formasını geyinmiş Kapiç 2 il öncə Avropa Liqasının pley-off mərhələsinin Tiraspolda keçirilən ilk oyununda (1:0) "Qarabağ"ın qapısına qol vuraraq komandasına minimal hesablı qələbə qazandırmışdı. Cavab matçında isə Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv rəqibini 3 cavabsız qolla məğlub edərək qrup mərhələsinə vəsiqə qazanmışdı.

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Makedoniya təmsilçisi "Sileks"lə qarşılaşacaq. Bakıdakı oyun avqustun 18-də olacaq və saat 20:00-da başlayacaq.
 
Bu cütün qalibi II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün güclüsü ilə üz-üzə gələcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR