"Qarabağ"ın qapıçısı "Sumqayıt"da

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçunun keçidini reallaşdırıb.
 
Sport7.az xəbər verri ki, klub "Qarabağ"ın qapıçısı Nicat Mehbalıyevi icarəyə götürüb. Mövsümün sonuna qədər "Sumqayıt" FK-nın uğurları üçün çalışacaq gənc futbolçu "12" nömrəli formada çıxış edəcək.

Peşəkar karyerası ərzində yalnız "Qarabağ"da çıxış edən Nicat Mehbalıyev Azərbaycanın U-17, U-19 (6 oyun) və U-21 millilərinə də çağırılıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR