"Qarabağ"ın qələbəsi Azərbaycana neçə xal qazandırdı? - UEFA reytinqi

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.
 
Sport7.az xəbər verir ki, "Qarabağ”ın Albaniya çempionu "Partizani” üzərində 2:0 hesablı qələbəsi Azərbaycanın aktivinə 0,250 xal qazandırıb.

Son 5 mövsümün ümumi nəticələrinə əsasən reytinq xalını 16,000-ya çatdıran Azərbaycan 26-cı pillədə qalıb.
 
Qeyd edək ki, Azərbaycan 25-ci sıradakı Qazaxıstandan 0,750 xal geri qalır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR