"Qarabağ"ın rəqibi baş məşqçisini qovdu

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi Lüksemburq "Düdelanj"ı baş məşqçisi Emilio Ferrera ilə yollarını ayırıb. 

Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
52 yaşlı belçikalı mütəxəssis komandanın çempionatda uğursuz çıxışına görə istefaya göndərilib. Komanda müvəqqəti olaraq köməkçi-məşqçi Bertran Krassona həvalə olunub.

Cari çempionatda 5 oyun keçirən "Düdelanj" 4 xalla 14 komanda arasında 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsində "Düdelanj”la ilk matçını oktyabrın 3-də səfərdə, dekabrın 12-də isə evdə keçirəcək.v
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR