"Qarabağ"ın rəqibi holland mütəxəssisə tapşırıldı

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Portuqaliya "Sportinq"inin yeni baş məşqçisi müəyyənləşib. 

Sport7.az xəbər verir ki, Lissabon təmsilçisi hollandiyalı Marsel Keyzerə həvalə olunub. 

44 yaşlı mütəxəssis 2021-ci il iyun ayının 30-na kimi komandaya rəhbərlik edəcək. 

"Sportinq" noyabrın 5-də baş məşqçi Joze Pezeyrunu istefaya göndərib. Komanda sentyabrın 20-də "Qarabağ"la Lissabonda keçirdiyi görüşdə qələbə qazanıb - 2:0. Bu komandalar Bakıda noyabrın 29-da qarşılaşacaqlar. 
 
Sport7.az

Xəbər lenti