"Qarabağ"ın rəqibində ciddi itki

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqiblərindən olan "Roma” itki ilə üzləşib. 

Sport7.az xəbər verir ki, komanda aparıcı üzvlərindən olan Stefan El Şaaravinin xidmətindən məhrum olub.

DÇ-2018-in seçmə mərhələsində Albaniyaya qarşı matçda zədə alan İtaliya millisinin hücumçusunun 2 oyun buraxacağı dəqiqləşib. Onun A seriyasında "Napoli" ilə görüşü və Çempionlar Liqasında "Çelsi" ilə qarşılaşmada oynamayacağı bildirilib
 
Qeyd edək ki, El Şaaravi bu mövsüm "Roma” ilə 8 oyunda meydana çıxıb. O, 2 qol vurub və daha iki dəfə komanda yoldaşlarının fərqlənməsinə şərait yaradıb.  
 
Sport7.az

Xəbər lenti