"Qarabağ"ın rəqibindən 6 qol - VİDEO

Çempionlar Liqasında  "Qarabağ”ın rəqibi olan Şimali Makedoniyanın "Sileks” klubu ölkə çempionatında ilk matçını keçirib.

Sport7.az xəbər verir ki, Kratovo təmsilçisi ölkə çempionatının 2020/21 mövsümünün ilk turunda səfərdə "Belasitsa” ilə qarşılaşıb. "Sileks” bu görüşdə böyükhesablı qələbə qazanıb – 6:0. Kratovoluların heyətində Denis Ristovla Stefan Curiç hərəyə dubl edib, İvan İvanovski ilə Pepi Qorqiyev isə hərəyə 1 qol vurub.

İlk turdan top fərqinə görə liderliyi ələ alan "Sileks” avqustun 16-da 2-ci tur çərçivəsində "Pelister”i qəbul edəcək.

"Qarabağ” – "Sileks” oyunu avqustun 18-də və ya 19-da keçirilməlidir.
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR