"Qarabağ"ın rəqibindən transfer

UEFA Avropa Liqasının I qrupunda "Qarabağ"ın rəqiblərindən olan İspaniya "Vilyarreal"ı yeni transferi Xuan Foytu təqdim edib.

Sport7.az xəbər verir ki, bu haqda ispan klubunun rəsmi saytında məlumat yer alıb. "Tottenhem"indən icarəyə götürülmüş argentinalı müdafiəçi ilə 2020/2021 mövsümünün sonunadək müqavilə imzalanıb.

Avropa Liqasında qrup mərhələsinə oktyabrın 22-də start veriləcək. "Qarabağ" ilk oyununu İsraildə "Makkabi"yə qarşı keçirəcək. Ağdam klubunun "Vilyarreal"la ev oyunu oktyabrın 29-da, səfər matçı dekabrın 10-da olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR