"Qarabağ"ın rəqibinin hazırlıq planı

"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Vorskla”nın hazırlıq planı müəyyənləşib.

Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Poltava təmsilçisi Ukrayna çempionatının ikinci dövrəsinin hazırlığına oktyabrın 12-də başlayacaq. Hazırlığın ilk günlərində milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyəcəklər. Fasilə müddətində komanda heç bir yoxlama matçı keçirməyəcək.
 
Oktyabrın 13-də isə ikitərəfli oyun olacaq.

Qeyd edək ki, "Vorskla” oktyabrın 25-də Avroliqanın qrup mərhələsinin 3-cü turunda Bakıda "Qarabağ"ın qonağı olacaq. 
 
Sport7.az

Xəbər lenti