"Qarabağ"ın rəqibinin heyətində ciddi itki

"Kopenhagen” Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ”la oyun öncəsi ciddi itki ilə üzləşib.

Sport7.az
xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Komandanın mərkəz müdafiəçisi Erik Yohansson dünən ölkə çempionatında "Horsens”lə matçda (1:1) zədə alıb.
 
Tibbi müayinədən keçən 28 yaşlı isveçli futbolçunun diz bağlarının qırıldığı məlum olub.
 
Məlumatda Erik Yohansson üçün ilin vaxtından əvvəl başa çatdığı qeyd olunub.

Qeyd edək ki, "Qarabağ"la "Kopenhagen" arasında ilk oyun avqustun 15-də Bakıda, cavab matçı avqustun 23-ü Danimarkada keçiriləcək.
 
Sport7.az

Xəbər lenti