"Qarabağ"ın sabiq futbolçusu Acun Ilıcalının komandasına gedir

"Qarabağ"ın sabiq futbolçusu Leroy Corc karyerasını yenidən Niderland çempionatında davam etdirəcək.

Sport7.az xəbər verir ki, bu haqda "nu.nl" saytı məlumat yayıb. 34 yaşlı hücumçu Erediviziya təmsilçisi "Fortuna"ya keçir. Surinam əsilli niderlandlı forvardla cari mövsümün sonunadək müqavilə imzalanacaq.

Corc 2013 - 2015-ci illərdə "Qarabağ"ın formasını geyinib. O, Ağdam klubuna Niderlandın NEK komandasından transfer olunub.

Hazırda 19 xalla 13-cü pillədə qərarlaşan "Fortuna" klubunun sahibi türkiyəli tanınmış teleaparıcı, iş adamı Acun Ilıcalıdır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR