"Qarabağ"ın sabiq futbolçusu karyerasını bitirdi

"Qarabağ"ın sabiq futbolçusu Miçel Madera karyerasını başa vurub.

Sport7.az xəbər verir ki, bu barədə 36 yaşlı yarımmüdafiəçinin son klubu İspaniya təmsilçisi "Luakin"in rəsmi saytı xəbər yayıb.

Miçelin fiziki problemləri üzündən müqaviləsinə qarşılıqlı razılıq əsasında son qoyaraq, yaşıl meydanlarla vidalaşdığı açıqlanıb. Bildirilib ki, bu problemləri təcrübəli oyunçunun lazımi səviyyədə çıxış etməsinə imkan vermir.

Miçel "Qarabağ"da 2015 - 2020-ci illərdə forma geyinib. O, Ağdam təmsilçisində meydana çıxdığı 159 oyunda 30 qola imza atıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR