"Qarabağ"ın sabiq futbolçusu: "Vətəndaşlığımı dəyişməyi təklif etdilər"

"2017-ci ilin noyabrında vətəndaşlığımı dəyişməyi təklif etdilər. Evə getdim, valideynlərimlə məsləhətləşdikdən sonra imtina etdim. Mən ukraynalıyam, yalnız Ukrayna üçün oynamaq istəyirəm”.
 
Sport7.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq futbolçusu, ukraynalı Yaroslav Deda deyib. Hazırda vətəni Ukraynada "Kapratı”nın formasını geyinən 20 yaşlı hücumçu "Qarabağ”da çıxış etdiyi dövrlə bağlı xatirələrini bölüşüb. O, klubun rəsmi saytına müsahibəsində Azərbaycan vətəndaşlığı təklifindən imtina etdiyini bildirib: O, valideynləri ilə məsləhətləşdikdən sonra belə qərara gəldiyini söyləyib. Deda "Qarabağ"a keçidinin səbəbini də açıqlayıb: "Bu klubun adını eşidəndə, bir dəqiqə belə düşünmədim. Çünki Çempionlar Liqasında oynamaq perspektivi yaranmışdı. Bu səfər mənə çox şey verdi. Azərbaycanda mentalitet bizimkindən fərqlənir. Hərçənd, ilk günlərdə heç bir problem yox idi. İki ay ərzində uyğunlaşdım və özümü evdəki kimi hiss etdim". 

Yaroslav 2017/2018 mövsümündə "Qarabağ”ın U-19 komandasında çıxış edib. O, Ağdam təmsilçisinə UEFA Gənclər Liqasında kömək etmək üçün heyətə cəlb olunmuşdu.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR