"Qarabağ"ın sabiq futbolçusu yeni müqavilə bağladı

"Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli ABŞ təmsilçisi "Nyu-York Kosmos"la müqavilə müddətini uzadıb.

Sport7.az xəbər verir ki, bu barədə albaniyalı müdafiəçi şəxsi "Instagram" səhifəsində paylaşım edib. 38 yaşlı oyunçu növbəti mövsümdə də Nyu-York təmsilçisinin formasını geyinəcəyini yazıb: "Daha 1 il "Nyu-York Kosmos"da oynayacağım üçün şadam".

2012 - 2019-cu illərdə "Qarabağ"da çıxış etmiş Ansi Aqolli ötən mövsüm ABŞ klubu ilə səviyyəcə dördüncü sayılan Milli Premyer Liqada (NPSL) çempion olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR