"Qarabağ"ın sabiq futbolçusundan Azərbaycana dəstək

"Qarabağ"ın sabiq futbolçusu Muarem Muarem Azərbaycana dəstəyini göstərib.

Sport7.az xəbər verir ki, 31 yaşlı makedoniyalı yarımmüdafiəçi cəbhə bölgəsində baş verən hadisələrlə bağlı dəstək mesajı yazıb. 4 qat Azərbaycan çempiono sosial şəbəkədə "Başın sağ olsun, Azərbaycan" həştəqini və üzərində "Qarabağ - Azərbaycandır!" yazılan fotonu paylaşıb.

Muarem son olaraq ölkəsinin "Şkupi" komandasında çıxış edib. O, 2012 - 2015-ci illərdə və 2016/2017 mövsümündə Ağdam təmsilçisinin formasını geyinib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR