"Qarabağ"ın sabiq hücumçusundan pis xəbər

"Qarabağ"ın sabiq futbolçusu Maqaye Geye hazırda çıxış etdiyi Rumıniyanın "Dinamo" klubunda problemlə üzləşib.

Sport7.az xəbər verir ki, Seneqal əsilli fransalı hücumçu bir neçə aydır maaş ala bilmir.

Buxarest təmsilçisində ayda 25 000 avro qazanan 31 yaşlı forvardın psixologiyası pozulub.

Rumıniya mətbuatının iddiasına görə, artıq meydana çıxmaq istəməyən futbolçu zədəli olduğunu bəhanə edərək, matçlarda iştirak etmir.

Qeyd edək ki, Maqaye Qeye 2019/2020 mövsümündə "Qarabağ"ın heyətində 28 oyun keçirib və 8 qol vurub. O, 2020-ci ilin oktyabrında "Dinamo"ya keçib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR