"Qarabağ"ın sabiq məşqçisi Superliqa klubunu çalışdıracaq

Rumıniyalı baş məşqçi Dan Petresku ilə yolları ayıran "Kayserispor"da yeni təyinatlar açıqlanıb.

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. Komandada baş məşqçinin səlahiyyətləri Uğur Kulaksız ve Alper Kelkitliyə həvalə edilib. Kayseri təmsilçisində əsas söz sahibi Kulaksız olacaq. Klub hər iki mütəxəssisə qarşıdakı oyunlarda uğurlar arzulayıb.

Kulaksız 2011 - 2012-ci ildə "Qarabağ" klubunun akademiyasında işləyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR