"Qarabağ"ın sabiq müdafiəçisi, həm komandasını, həm həyat yoldaşını dəyişdi

"Qarabağ"dan ayrılaraq Polşaya qayıdan və Plotsk "Visla"sı ilə müqavilə bağlayan Yakub Jezniçak təkcə komandasını deyil, həyat yoldaşını da dəyişib.
 
Sport7.az xəbər verir ki, 32 yaşlı futbolçu həyat yoldaşı Edita Zayaçdan boşanıb. Bu haqda Polşa mətbuatı məlumat yayıb. Məlumata görə 2016-cı ildə ailə həyatı quran cütlük arasında Kuba Azərbaycana gələndən sonra problemlər yaşanmağa başlayıb. Məsələ burasındadı ki, 2017-ci ildə Jezniçakn "Qarabağ"la anlaşmasına baxmayaraq, Zayaç onunla Azərbaycaa gəlməkdən imtina edib və Polşada qalmaq qərarına gəlib. O vətənində telekanallardan birində çalışmağı üstün tutub.

"Legiya"nın sabiq oyunçusu yanvar ayında ayrılmaq istəsə də, sonradan münasibətləri yaxşılaşdırmaq üçün cütlük bir-birinə şans verib. Lakin onlar birlikdə çox yol qət edə bilməyib və nəhayət, boşanmaq qərarına gəliblər. Hətta vaxt itirməyən Jezniçak özünə yeni sevgili də tapıb. O, bu günlərdə Polşada "Candy Girl" kimi tanınan Barbara Hetmanska ilə eşq həyatı yaşayır. Futbolçu Polşa ilə İsrail arasında keçirilən son matçı da yeni sevgilisi ilə birlikdə tribunada izləyib. Edita isə Kubanı instaqramda izləmədən çıxarıb.

Jezniçak 2017-ci ildən "Qarabağ"ın formasını geyirdi.
 
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR