"Qarabağ"ın sabiq qapıçısı da dəstəyini göstərdi

Ermənistan silahlı qüvvələrinin işğal etdiyi əraziləri azad etmək üçün əks-hücuma keçən Azərbaycan Ordusuna dəstək davam edir.

Sport7.az xəbər verir ki, Premyer Liqada çıxış edən futbolçularla yanaşı, vaxtilə ölkəmizdə oynamış əcnəbi oyunçular da Dağlıq Qarabağda baş verən hadisələrə biganə qalmır.

Onlardan biri də "Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiçdir. İnstaqram səhifəsi vasitəsilə paylaşım edən Türkiyə klubu "Konyaspor”un qolkiperi Azərbaycanın yanında olduğunu ifadə edib. Azərbaycan bayrağının şəklini paylaşan Bosniya və Herseqovina millisinin üzvü üzərinə "Bütün dualarım sizinlədir, əziz dostlarım. Qarabağ Azərbaycandır”, - yazıb.

Şehiç 2013-2018-ci illərdə "Qarabağ”ın şərəfini qoruyub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR