"Qarabağ"ın sabiq qapıçısı "Fənərbağça"da

"Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç karyerasını Türkiyədə davam etdirə bilər.

Sport7.az müqavilə ilə "Bornmut”a məxsus olan təcrübəli qolkiper "Fənərbaxça” ilə anlaşıb.

Bosniya və Herseqovina millisinin üzvü ilə hərtərəfli razılıq əldə olunub. "Sarı-lacivərdlilər” hətta 33 yaşlı qapıçının klubu ilə də ortaq məxrəcə gəlib. Beqoviçin tezliklə Türkiyəyə yollanması və rəsmi müqaviləyə qol çəkməsi gözlənilir. Müqaviləyə əsasən 33 yaşlı qolkiper İstanbul təmsilçisində əsas heyət üzvü olacaq.

Beqoviç 2019/20 mövsümünün ilk dövrəsini icarə əsasında "Qarabağ”da keçirib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR