"Qarabağ"ın səfər proqramı müəyyənləşdi - FOTO

Avroliqanın qrup mərhələsinin 4-cü turu çərçivəsində "Vorskla" ilə qarşılaşacaq "Qarabağ"ın səfər proqramı müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, çarter reysi ilə bu gün saat 18.00-da matçın keçiriləcəyi məkana, Poltavaya yollanacaq Azərbaycan çempionu 22.00-da hava limanına enəcək. Sabah saat 20.30-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 21.00-da isə komandanın oyunöncəsi son məşqi baş tutacaq.
 
"Qarabağ"ı səfər boyu 20-yə yaxın media nümayəndəsi müşaiyət edəcək. Matç başa çatandan sonra, gecə saat 03.30-da Bakıya yola düşəcək komanda səhər saatlarında Azərbaycanda olacaq.
 
"Vorskla" - "Qarabağ" görüşü noyabrın 9-da Bakı vaxtilə gecə saat 00.00-da keçiriləcək. Oyun "CBC Sport" vasitəsilə canlı yayımlanacaq.
 
 

Sport7.az

Xəbər lenti