"Qarabağ"ın yeni transferindən ilk açıqlama

"Qarabağ"ın yeni transferi Ovusu Kvabena klubun mətbuat xidmətinə açıqlama verib.
 
Sport7.az xəbər verir ki, klubla 3,5 illik müqavilə bağlayan 22 yaşlı qanalı futbolçu belə yerə gəlməyi həmişə xəyal etdiyini söyləyib:
 
"Qarabağ"a gəldiyim üçün xoşbəxtəm. Çempionlar Liqası və Avropa Liqasında çıxış edən bir klubda oynamaq arzum idi. Ümid edirəm ki, burada hər şey mənim üçün yaxşı olacaq. Azərbaycanın 6 dəfə ardıcıl çempion olan komandasına gəldiyimi və azarkeşlərin məndən çoxlu qollar gözlədiyini yaxşı başa düşürəm. Əlimdən gələnin ən yaxşısını edəcəm.
 
"Qarabağ"dan təklif gələndə burada heç kimi tanımırdım. Bilirdim ki, iki il öncə Çempionlar Liqasında çıxış edib. Və belə klubda oynamaq mənim üçün arzu idi və təklif gələndə çox sevindim. Gənc futbolçuyam və bu təklif mənim üçün əla imkandır. Öz şəxsi hədəfim haqqda heç nə deməyəcəm, məncə, ən yaxşısı elə meydanda göstərməkdir.  Bilirəm, azarkeşlər indi fikirləşir ki, mən necə futbolçuyam. Ümid edirəm, öz oyunumla özümü onlara sevdirəcəm".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR