"Qarabağ"la aradakı xal fərqinin nəticəyə aidiyyatı yoxdu" - Zaur Əzizov

Son vaxtlar "Qəbələ"nin düşdüyü durum hər kəsi təəccübləndirir.

Komandanın yaşadığı ardıcıl uğursuzluqlar ormal qarşılanmasa da, bununla bağlı fikirlər birmənalı deyil. Hər halda "Qarabağ"la aradakı xal fərqi, futbolçuların həvəssiz görünməsi və sair kimi amillər belə deməyə əsas verir. Bəs klub rəhbərliyi nə düşünür?

Bu suallara "Qəbələ"nin baş meneceri Zaur Əzizovdan cavab aldıq. Zaur bəy Sport7.az-a açıqlamasında baş verənlərə toxundu.

"Bunu normal qarşılamırıq. Amma klub daxilində lazımi tədbirlər görülür. Xeyr, problem komandanın həvəs düşməsi deyil. Həvəsdən düşməyiblər. Ola bilər ki, heç kim "Qəbələ"dən iki oyun ardıcıl məğlubiyyət gözləmir. Ona görə də düşünə bilərlər ki, futbolçularda həvəssizlik var. Belə söhbət yoxdu. Bunun aradan qaldırılması üçün çalışırıq.

Komanda istər kubok, istərsə də çempionat matçlarında qələbə qazanmaq üçün meydana çıxır. "Qarabağ"la aradakı xal fərqinin nəticəyə aidiyyatı yoxdu, bu heç bir şəkildə təsir etmir. Lazımi tədbirlər görürük.

Komandanın baş məşçqisi yerindədi. Qriqorçukla bağlı məsələ ümumiyyətlə müzakirə olunmur. İki oyun məğlubiyyət var. Onun səbəblərini aradan qaldırmağa çalışırıq. Ancaq bunu Qriqorçukun gedib yaxud qalmasına heç bir aidiyyatı yoxdu".

Sport7.az

Xəbər lenti