"Qarabağ"la aramızda səviyyə fərqi böyükdü" - Kunqu

Çempionlar Liqasında ikinci təsnifat mərhələsinə yekun vurulub. 

Sport7.az xəbər verir ki, "Qarabağ” öz meydanında "Kukesi”ni 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb. 

Matçdan sonra rəqib komandanın baş məşqçisi Armando Kunqu oyun haqda fikirlərini səsləndirib. 

"Rəqibin heyətində kimisə ayırmaq istəmirəm. "Qarabağ"la aramızda səviyyə fərqi böyükdü. Söhbət təkcə Emeqaradan getmir. Sizin komanda bütünlükdə yaxşı futbolçulardan təşkil olunub. Avropa Liqasında rəqibimizin kimliyini sabah biləcəyik. Vətənə çatdıqdan sonra da cəmi 5 gün hazırlıq üçün vaxtımız olacaq. Çalışacağıq ki, yaxşı hazırlaşaq", deyə məğlubiyyətə şərh verib. 

Sport7.az

Xəbər lenti