“Qarabağ”la “Neftçi” nə vaxt meydana çıxacaq?

“Qarabağ”la “Neftçi” nə vaxt meydana çıxacaq?

Avrokuboklarda ölkəmizi təmsil edəcək klublarımızın oyunlarının başlama saatı məlum olub.

Sport7.az xəbər verir ki, "Neftçi” Avropa Liqasında "Sperantsa” ilə Kişnyovdakı "Zimbru” stadionunda qarşılaşacaq. Görüş iyulun 11-də, Bakı vaxtıyla saat 21:00-da başlayacaq.

Bu komandaların cavab görüşü bir həftə sonra "Bakcell Arena”da keçiriləcək.

"Qarabağ”ın da ilk oyunu səfərdədi. "Partizani” Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində "Qarabağ”ı Tiranada qəbul edəcək. İyulun 10-dakı qarşılaşma Bakı vaxtıyla saat 19:30-da başlayacaq.
 
Cavab oyunu isə iyulun 17-da "Dalğa Arena”dadı, bu qarşılaşmanın start fiti saat 21:00-da səslənəcək.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR