"Qarabağ"la oyunda meydana çıxa bilər

Xeyli müddətdi zədəli olan "Arsenal"ın futbolçusu Loran Koselni Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda evdə "Qarabağ"la matçda iştirak edəcək. 

Sport7.az xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Unay Emeri bildirib.

48 yaşlı mütəxəssis fransalı müdafiəçinin milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra oyunlara çıxmaq üçün tam hazır olacağını söyləyib. 

Koselni ötən mövsüm Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda İspaniya "Atletiko"su ilə matçda zədələnib. 33 yaşlı oyunçu bu səbəbdən Rusiyada keçirilmiş dünya çempionatında da iştirak etməyib. Təcrübəli müdafiəçi Avroliqanın qrup mərhələsinin 2-ci turunda "Arsenal"ın Bakı Olimpiya Stadionunda "Qarabağ"ı 3:0 hesabı ilə məğlub etdiyi oyunu da buraxıb.
 
Koselni oktyabrda Fransa millisindəki karyerasını başa vurduğunu açıqlayıb. 
 
Sport7.az

Xəbər lenti