“Qarabağ”lılarla birlikdə İspaniyaya uçan şəxs kim olub?

“Qarabağ”lılarla birlikdə İspaniyaya uçan şəxs kim olub?

Azərbaycan futbolunda qeyri-müəyyənlik davam edir.

Sport7.az xəbər verir ki, yeni mövsümün nə vaxt başlanacağı da pandemiya səbəbindən qeyri-müəyyəndi. Belədə klublarımızda çıxış edən və çalışan əcnəbilər ölkələrinə yollanıb, doğmalarına baş çəkmək istəyirlər. Amma sərhədlərin bağlı olması, xaricə reyslərin yalnız xüsusi qrafiklə həyata keçirilməsi bu işi çətinləşdirir.

"Qarabağ”ın ispan legionerləri bu problemin həlli yolunu tapmışdılar. İstanbul reysindən tranzit kimi istifadə etmək istəməyən ispanlar xüsusi reyslə vətənlərinə yollandılar. Çıxış etdikləri klubun maddi-texniki dəstəyi ilə Miçel, Xayme və Daniel Romero qardaşları xüsusi çarter reysi ilə ötən həftə İspaniyaya gedib, doğmalarına qovuşdular. Onların geriyə dönmələri "Qarabağ”ın hazırlıq planlarından asılı olacaq.

Sonradan öyrəndik ki, "Qarabağ”ın futbolçuları çasrter reysini həyata keçirən təyyarədə tək olmayıblar. Onlarla birlikdə daha bir ispan ölkəsinə gedib. Sport7.az-ın apardığı araşdırmalardan sonra məlum oldu ki, həmin şəxs də futbola yad isim deyil. Əksinə, digər sərnişin "Qarabağ”ın prinsipial rəqibi "Neftçi”nin düşərgəsindən gəlib. Bu ilin yanvarından "Neftçi”də çalışan fiziki hazırlıq üzrə məşqçi Mario Fernandes Kastelyano çarter reysinin xüsusi sərnişinlərindən biri olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR