"Qaradağ Lökbatan"ın baş məşqçisi dilinin güdazına getdi

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sport7.az xəbər verir ki, iclada Birinci Divizionun 13-cü turu çərçivəsində qaydaları pozanlar aşağıdakı şəkildə cəzalandırılıb. 
 
09 dekabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun XIII  turunun "MOİK” – "Neftçi-2” matçının 77-ci dəqiqəsində "Neftçi” klubunun 44 №-li futbolçusu Seymur Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).
 
09 dekabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun XIII  turunun "Keşlə-2” – "Qaradağ Lökbatan” matçının 51-ci dəqiqəsində "Qaradağ Lökbatan” klubunun 5 №-li futbolçusu Sahil Zeynalovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).
"Qaradağ Lökbatan” klubunun baş məşqçisi Elçin Dərgahquliyevin hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 41.4).
"Qaradağ Lökbatan” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunur (maddə 54).
 
09 dekabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun XIII  turunun "Turan Tovuz” – "Zirə-2” matçının 90+2-ci dəqiqəsində "Zirə” klubunun 67 №-li futbolçusu Raul Musayevin kobud oyununa görə 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 36.1).
 
09 dekabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun XIII  turunun "Ağsu” – "Zaqatala” matçının 40-cı dəqiqəsində "Ağsu” klubunun 38 №-li futbolçusu Əliyev Məhəmmədin sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).
 
09 dekabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun XIII turunun "Sabah-2” – "Qarabağ-2” matçında "Qarabağ-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
 
09 dekabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun XIII  turunun "Sumqayıt-2” – "Səbail-2” matçında "Səbail-2” klubu matçı 10 dəqiqə gec başladığına görə klub 80 manat cərimə olunur (maddə 69.5).
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR