Qardaşına bənzəməyən qardaşlar - FOTOLAR

Qardaşına bənzəməyən qardaşlar - FOTOLAR
Futbolda ailə ənənəsi olaraq qohumları kimi yaşıl meydanlarda boy göstərmiş bir çox futbolçular var. 

Amma belə bir gerçəklik də var ki, ən yaxınınızın istedadlı və yüksək səviyyədə olması sizin də o nöqtəni görəcəyiniz anlamına gəlmir. 

Sport7.az belə futbolçulardan bir neçəsini təqdim edir.
 


Vinsent Kompani - Son illər zədələrlə mübarizə aparsa da dünya futbolunun ən güclü stopperləri sırasında yer alır. Hər halda "Mançester Siti" və Belçika yığmasındakı yerini itirməyib. Onun 27 yaşlı qardaşı Fransoiz isə Belçikanın aşağı liqalarında çıxış edir. Bu yay isə hələ ki, özünə klub tapa bilmir.
 
 

Kristian Benteke - "Liverpul" tarixinin fiasko transferlərindən olsa da belçikalıə hücumçunun premyer-liqa səviyyəsindəki keyfiyyətinə şübhə ola bilməz. Belçika yığmasının da önəmli futbolçularındandı. Onun 22 yaşlı qardaşı da hücumçudu. Hələ gənc olsa da özünü nə ölkəsində, nə də "Kristal Pelas"da göstərə bilib. Hazırda isə klubsuzdu. 
 
 

Toni Kroos - Dünya futbolunun ən yaxşı yarımmüdafiəçilərindəndi. "Bavariya" və Almaniya yığmasındakı oyunları da bunu sübut edirdi. Şübhəsiz ki, "Real" karyerası da yaxşı keçir. Amma özündən bir yaş kiçik olan qardaşı Feliks Kroosla aralarında böyük səviyyə fərqi var. Feliks hazırda Almaniya 2-ci Bundesliqasında "Union Berlin"in formasını geyir. 
 
 

Pol Poqba - Ötən yay "Mançester Yunayted"ə rekord məbləğə transfer olan Poqba "Yuventus"dakı performansı ilə də dünya futboluna damğa vurmuşdu. Onun özündən 2 yaş böyük qardaşı Florentin poqba isə "Sent-Etyen"də çıxış edir. İşləri pis getmir, amma dünya çapında bir futbolçu deyil. Hollandiyada top qovan qardaşı Matias da Polun kölgəsində qalan bir futbolçudu. 
 
 

Klarens Sidorf - Hazırda baş məşqçilik edən Sidorf dünya futbolunun ən dəyərli mərkəz yarımmüdafiəçilərindən idi. "Real", "İnter", "Milan" Hollandiya yığmasında oynadığı müddətdə karyerası uğurlu alındı. Onun qardaşı Çedrik isə 2011-ci ildən bəri klubsuz qalsa da futbolla vidalaşmayıb. Açığı, heç ondan öncəki karyerası da uğurlu alınmayıb. 
 
 

Ueyn Runi - Hazırda enişdə olsa da həm "Mançester Yunayted" həm də İngiltərə yığmasının tarixində önəmli hücumçulardan biridi. Amma kiçik qardaşı Con Runi ondan səviyyəcə çox geridədi. Con İngiltərənin 5-ci liqasında, "Qiseley"də top qovur. 
 
 

Cefri Kondoqbia - Dünya futbolunda yüksək səviyyəli müdafiəçilərdən sayılan Kondoqbia "Sevilya" və "Monako"nun ardından, "İnter"də də parladı. Onun böyük qardaşı Evans isə bir çox klublarda forma geysə də son dayanacağı İtaliyanın 4-cü liqasında çıxış edən "Sereqno" olub. 
 

Samuel Eto - Karyerasının qürub çağında Türkiyədə "at oynadan" Eto dünyaca səviyyəli hücumçulardan sayılır. Onun iki qardaşı da futbolçudu amma hazırda biri klubsuzdu. Etyen hazırda klubsuz olduğu halda, David Kamerunda "Union Duala"da top qovur.
 
 

Kaka - "Milan"dakı performansından uzaq qalsa həm etdikləri, həm də istedadı ilə dünya futbolunun ən dəyərli "10 nömrə"lərindən sayılır. Qısa bir dönəmdə onu "Real"da da izlədik. Qardaşı Diqao isə 2013-cü ildə karyerasını bitirdi. Karyerası pis alınmasa da, böyük qardaşının köllgəsində qaldı. 
 
 

Bastian Şvaynştager - "Bavariya" və Almaniya yığmasında adından söz etdirən alman futbolçu "mançester Yunayted"də gözləniləni verməsə də bu onun yüksək səviyyəli futbolçu olduğu gerçəkliyini dəyişmir. Futbolçu kimi olduqca uğursuz karyeraya sahib olan onun 35 yaşlı böyük qardaşı Tobias isə "Bavariya"nın17 yaşlılardan ibarət komandasında köməkçi məşqçi kimi çalışır. 
 
 
Pyer-Emerik Aubameyanq - 2013-cü ildən bəri "Borussiya"da forma geyən Aubameyanq Almaniyada fırtına kimi əsməsi ilə yanaşı həm də ən yaxşı atletlərdən sayılır. Onun özündən yaşca böyük iki qardaşı isə bu səviyyədən olduqca uzaqdı. Katilina Qabon çempionatında "Sapins"də forma geydiyi halda, Villiam 2016-cı ildən klubsuzdu. 
 
 

Romelu Lukaku - Bu yay rekord məbləğə "Mançester Yunayted"ə transfer olan Lukakunun böyük qardaşı Cordandan da çox şey gözlənir. Amma hələ ki, gözləntiləri doğrultmayıb. Həm Avro-2016 macərası, həm də "Latsio"dakı ilk mövsümü o qədər də uğurlu alınmayıb. 
 
 
Canluici Donnarumma - Gənc və dünya futbolunda ən perspektivli qapıçılardan biridi. Amma böyük qardaşları ilə bağlı eyni sözləri söyləmək olmaz. Özü kimi qapıçı olan Antonio Donnarumma Yunanıstanda "Ateras Tripolis"in qapısını qoruyur. Digər, hücumçu olan qardaşı isə İtaliyanın 2 liqasında "Salernitana"da forma geyir.

Sport7.az

Xəbər lenti