Qaret Beyl üçün astronomik rəqəm

Qaret Beyl üçün astronomik rəqəm

Madridin "Real" klubu uesli futbolçu Qaret Beyl üçün transfer qiymətini müəyyən edib. 

Sport7.az "AS" nəçrinə istinadən xəbər verir ki, onu transfer etmək istəyən klub 1 milyard avrodan keçməli olacaq. KİV-lərin iddiasına əsasən, "Mançester Yunayted" qış transfer pəncərəsində Beyl üçün 153 milyon avrodan keçməyə hazır idi. "Real" isə atdığı bu addımla futbolçunu satmaq niyyətində olmadığını nümayiş etdirib. Uels milli komandasının üzvü də Madriddə özünü rahat hiss edir. 

Klublarası dünya çempionatının finalında "San Lorenso"nun qapısına 2-ci qolu vuran Beyl "Kral klubu"nda qalmaq istədiyini bildirmişdi. 

Qeyd edək ki, Beyl 2013-cü ildə "Tottenham Hotspur"dan "Real Madrid"ə transfer olunmuşdu. Cari mövsümdə İspaniya Primerosunda 12 matça çıxan futbolçu 7 qol, 3 məhsuldar ötürmənin müəllifidir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR