"Qaret "Real"ın oyunçusudu və komandada xoşbəxtdi" - Beylin agenti

"Real"ın vinqeri Qaret Beylin agenti Conatan Barnett müştərisinin komandadakı vəziyyəti barədə ESPN-in suallarını cavablandırıb:

- Baş verənlər inanılmazdı. Qaret "Real"ın oyunçusudu. O, komandada xoşbəxtdi. Bu qədər.

- Beyl "Arsenal"a qarşı matçda meydana çıxacaq?

- Oynamaq ehtimalı azdı.

- Qaret ətrafındakı söz-söhbətlər nə qədər davam edəcək?

- Zidandan soruşun.

Daha əvvəl Beylin PSJ-yə və ya Çin klublarından birinə keçə biləcəyinə dair xəbərlər yayılmışdı. Baş məşqçi Zinədin Zidan uelsli futbolçu komandasında görmək istəmir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR