"Qarşımızda heç kim dura bilməz" - "Fənərbaxça"nın futbolçusu

"Fənərbaxça"nın futbolçusu Ozan Tufan "Qalatasaray"la oyunöncəsi iddialı açıqlamalar verib.
 
Sport7.az xəbər verir ki, futbolçu "Beşiktaş"dan sonra "Qalatasaray"ı da yenmək üçün meydana çıxacaqlarını bildirib:
 
"Çempionatda nə olacağı bəlli deyil. Sürətli və yaxşı başlayan "Qalatasaray", yaxşı futbol oynayan "Beşiktaş" var. Hər kəs üçün güclü görünən "Beşiktaş"ı yenə bilirik.  Daha sonra səfərdə "Qalatasaray"la görüşəcəyik. Keçən mövsüm də orda qələbə qazanmışdıq. Bu l də eyni fikirlə gedəcəyik. Bizim üçün rəqib fərqi yoxdu. Baxanda ən çətin komandalardan biri "Bşakşehir"di. Həm evdə, həm də səfərdə güclü oynayır. Biz mübarizələrimizi, hirsimizi, əzmimizi meydana qoysaq qarşımızda heç kim dura bilməz. Bunun da nümunəsini "Beşiktaş"l oyunda gördük.   
 
"Beşiktaş" "Qalatasaray", "Trabzonspor" kadıköyə gələndə həmişə "bu il sıxıntıları var, yenəcəyik" deyirlər. Bu bzim inamımızı daha da artırır. Biz Kadıköydə rahat şəkildə oynayırıq. İllərdi dəyişməyə tək, bir şey var o da "Beşiktaş", "Qalatasaray" və "Trabzonspor"u kadıköydə məğlub etməyimizdi".
 
Sport7.az

Xəbər lenti