Qattuzo:

Qattuzo: "Barselona" bizim üçün problem yarada bilmədi"

"Napoli"nin baş məşqçisi Cennaro Qattuzo "Barselona" ilə oyunun (1:1) yekunlarını dəyərləndirib:

"Əks-hücum şanslarımızdan daha yaxşı istifadə edə bilərdik. Amma komanda lazım olan hər şeyi etdi. Rəqibə çox az epizod verdik.

Təbii ki, hər iki komandanın növbəti mərhələyə yüksəlmək şansı qalır. Cavab matçına hazırlaşmaq üçün kifayət qədər zamanımız olacaq. Onlar revanş oyununda Buskets və Vidalın xidmətindən istifadə edə bilməyəcəklər.

"Barselona" səfərində 1/4 finala vəsiqə uğrunda mübarizə aparamaq bizim borcumuzdu. "Napoli" güclü oyunçulara sahibdi. Düzdü, "Barselona" heyət keyfiyyəti olaraq bizdən daha güclüdü, amma mübarizə aparsaq, şanslarımız olacaq.

Məncə, "Barselona" bu gün bizi narahat edə bilmədi. Qapı çərçivəsinə güclə bir zərbə vura bildilər. Bununla belə, bizim yeganə səhvimizdən istifadə edərək fərqləndilər.

"Barselona" bizim üçün problem yarada bilmədi. Yaxşı müdafiə olunsaydıq, "Barselona"nın etdiklərinin heç bir önəmi olmayacaqdı. Sadəcə, Messinin keçidləri müəyyən problemlər yaradırdı və müdafiənin keyfiyyəti baxımından müəyyən çatışmazlıqlarımız oldu".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR